Berni Sanders Haaqa Məhkəməsi prokurorunun İsrailin baş naziri və müdafiə nazirinin həbsinə order verilməsi tələbini dəstəklədi
Berni Sanders Haaqa Məhkəməsi prokurorunun İsrailin baş naziri və müdafiə nazirinin həbsinə order verilməsi tələbini dəstəklədi

Amerikalı müstəqil senator Berni Sanders Haaqa Məhkəməsi prokurorunun İsrailin baş naziri və müdafiə nazirinin həbsinə order verilməsi tələbini dəstəklədi.

“İnanıram ki, İsrail hökumətinin Netanyahunun rəhbərliyində aclıqdan müharibə silahı kimi istifadə etdiyinə dair əsaslı sübutlar var. O, açıq şəkildə dinc əhaliyi və mülki infrastrukturu hədəf aldı. Düşünürəm ki, biz hamımız razıyıq ki, təbii ki, “HƏMAS”ın oktyabrın 7-də törətdiyi terror aktından sonra İsrailin özünü müdafiə etmək hüququ var idi, ama bu belə olmadı və məhz burada müharibə cinayətləri məsələsinə gəlirik.

Bəli, sizin özünüzü müdafiə etmək hüququnuz var, ama Netanyahunun və onun hökumətinin uşaqlara, qadınlara, günahsız insanlara qarşı bütövlükdə müharibə aparmaq hüququ yoxdur və bunun nəticələri olmalıdır. Haaqa Məhkəməsinin gördüyü işlər sadəcə qlobal ictimaiyyəti üçün deyil, həm də bəşəriyyətin barbarlığa gətirməsinə imkan verə bilməyəcəyimizi sübut etmək üçün vacibdir”, – Sanders Senatda çıxışı zamanı bildirdi.