Benyamin Netanyahu - Kim bizə zərər verərsə, biz də onlara zərər verəcəyik
Benyamin Netanyahu - Kim bizə zərər verərsə, biz də onlara zərər verəcəyik

 
Kim bizə zərər verərsə, biz də onlara zərər verəcəyik – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

İsrail hökumətinin başçısı, ölkənin həm müdafiə, həm də hücum nöqteyi-nəzərdən istənilən ssenariyə çox yüksək səviyyədə hazır olduğunu və istənilən cəbhədən istənilən təcavüz aktına görə hamının çox ağır bədəl ödəyəcəyini bildirib.

“Dünən “Hizbullah”ın qərargah rəisi Fuad Şukrini məhv etdikdən sonra bu gün “HƏMAS”ın qərargah rəisi Muhamed Deifin zərərsizləşdirilməsinin yekun təsdiqi gəldi. Deif oktyabrın 7-də törədilən dəhşətli qırğına və eləcə də İsrail vətəndaşlarının çoxsaylı qətllərinə görə məsuliyyət daşıyırdı. O, illərdir İsrailin axtarışa verdiyi bir nömrəli şəxs olub. Onun məhv edilməsi bizim təsis etdiyimiz sadə prinsipi yaradır: kim bizə zərər verərsə, biz də onlara zərər verəcəyik” – Benyamin Netanyahu bildirib.