Benyamin Netanyahu Qəzzada atəşkəslə bağlı danışıqlara sadiq qaldığını bildirir
Benyamin Netanyahu Qəzzada atəşkəslə bağlı danışıqlara sadiq qaldığını bildirir

İsrailin Baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, o, Qəzzada atəşkəslə bağlı danışıqlara sadiq qalır.

“Vurğulamaq istəyirəm ki, mən girovlarımızın azad edilməsini nəzərdə tutan saziş çərçivəsinə qarşı sadiqəm, lakin “HƏMAS”dan olan qatillər saziş çərçivəsində ziddiyyət təşkil edən və İsrailin təhlükəsizliyinə təhlükə yaradan tələblər irəli sürürlər”,- İsrailin Baş naziri bildirib.

Netanyahu tələblərin nə olduğunu dəqiqləşdirməyib. Bununla yanaşı, İsrailin Baş naziri girovları azad etməyin yeganə yolunun “HƏMAS”a təzyiq göstərmək olduğunu hesab edir.

“Yaşamaq istəyi, bizə aşılanan həyat qüvvəsi bütün məqsədlərə çatana qədər müharibəni dayandırmağa imkan verməyəcək”, – Netanyahu qeyd edib.