Benyamin Netanyahu Elon Maskla görüşüb
Benyamin Netanyahu Elon Maskla görüşüb

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda amerikalı milyarder Elon Maskla görüşüb və süni intellektin problemlərini müzakirə edib.

Bu barədə Benyamin Netanyahu sosial şəbəkədə yazıb.

“Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini müzakirə etdik və texnologiya sahəsində İsraillə əməkdaşlıq yollarını müəyyənləşdirdik”. – İsrailin baş naziri yazıb və Maskla görüşdən foto dərc edib.

Benyamin Netanyahu bir neçə gündür ki, ABŞ-dadır.

İsrailin baş naziri prezident Co Bayden və vitse-prezident Kamala Harrislə görüşüb, həmçinin Konqresdə çıxış edib.

Floridada keçiriləcək prezidentliyə namizəd Donald Trampla da görüş planlaşdırılır.