Benyamin Netanyahu Co Bayden və Kamala Harrislə görüşəcəyi Vaşinqtona yollanıb, yayılmış məlumata əsasən İsrailin Baş naziri ola bilsin Donald Trampla görüş keçirsin
Benyamin Netanyahu Co Bayden və Kamala Harrislə görüşəcəyi Vaşinqtona yollanıb, yayılmış məlumata əsasən İsrailin Baş naziri ola bilsin Donald Trampla görüş keçirsin

 

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona yollanıb. Rəsmi səfər çərçivəsində Netanyahu Co Bayden və Kamala Harrislə görüşəcək. Bununla yanaşı, iyulun 24-də Benyamin Netanyahu ABŞ konqresində çıxış edəcək.

Medianın məlumatına əsasən, İsrailin Baş naziri ola bilsin Donald Trampla görüşsün, lakin sözügedən məlumat rəsmi olaraq təsdiqlənməyib.

İsrailin Baş naziri Vaşinqtona yola düşməzdən əvvəl media ilə söhbətində Co Baydenin prezident seçkilərindən namizədliyini geri çəkmək qərarını qiymətləndirib və seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, İsrailin ABŞ-ın müttəfiqi olaraq qalacağını qeyd edib.

“Qırx ildən artıqdır tanıdığım prezident Baydenlə görüşməyi planlaşdırıram. Bu, müharibədə, eləcə də senator, vitse-prezident və prezident kimi dövlət qulluğunda uzunmüddətli və görkəmli karyerası boyunca İsrailə etdiklərinə görə ona təşəkkür etmək üçün fürsət olacaq” – Netanyahu media ilə söhbətində qeyd edib.

Benyamin Netanyahu, tərəflərin növbəti aylar ərzində konkret məqsədlərə necə nail ola biləcəklərini müzakirə edəcəklərini bildirib, bu da Netanyahunun sözlərinə əsasən, hər iki ölkə üçün mühümdür.

“Bu müharibə zamanı İsrailin düşmənlərinin Amerika və İsrailin bu gün, sabah və hər zaman birlikdə dayanacağını bilmələri vacibdir”- İsrailin Baş naziri deyib.