Benyamin Netanyahu bu gün Konqresdə çıxış edəcək, daha sonra Co Bayden, Kamala Harris və Donald Trampla görüşəcək
Benyamin Netanyahu bu gün Konqresdə çıxış edəcək, daha sonra Co Bayden, Kamala Harris və Donald Trampla görüşəcək

İsrailin baş naziri Benyamin Netanyahu bu gün Konqresdə çıxış edəcək.

Benyamin Netanyahu, İsrailə sarsılmaz dəstək nümayişi olaraq Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson tərəfindən dəvət edilib. Bəzi demokrat konqresmen İsrailin Qəzzadakı müharibəsində böyük qurban sayısına görə Netanyahunun çıxışını boykot edir.

Benyamin Netanyahu Konqresdə çıxışdan sonra Florida iqamətgahında prezident Co Bayden və vitse-prezident Kamala Harris, daha sonra isə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşəcək.