Belçikalı hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçuluğa qarşı istintaq çərçivəsində 14 yaşayış evində axtarış aparıblar, 7 nəfər dindirilmək üçün aparılıb
Belçikalı hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçuluğa qarşı istintaq çərçivəsində 14 yaşayış evində axtarış aparıblar, 7 nəfər dindirilmək üçün aparılıb

 
Belçikalı hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçuluğa qarşı istintaq çərçivəsində 14 yaşayış evində axtarış əməliyyatı aparıblar.

“Reuters” agentliyinin məlumatına əsasən, 7 nəfər dindirilmək üçün aparılıb.

“Onlar terror hücumu hazırlamaqda şübhəli bilinirlər. Konkret hədəflər hələlik müəyyən edilməyib” – yayılmış bəyanatda deyilir.

Axtarış Antverpen, Lij və Qent, eləcə də Brüsseldə aparılıb.