BBC-nin məlumatına əsasən, Ukraynanın tammiqyaslı işğalından sonra ölən və yaralanan rus əsgərlərinin sayı 225 minə çatıb
BBC-nin məlumatına əsasən, Ukraynaya genişmiqyaslı müdaxilədən sonra ölən və yaralanan rus hərbçilərinin sayı 225 minə çatıb.
“BBC”nin rusdilli xidməti “Mediazona” nəşri ilə birlikdə təkcə son bir neçə həftə ərzində Ukraynada həlak olan 1213 rus əsgərinin kimliyini müəyyən edə bilib.
Ümumilikdə bu mərhələdə hər iki nəşr Ukraynaya qarşı müharibədə həlak olan 25 min rus əsgərinin şəxsiyyətini müəyyənləşdirib.
Bununla yanaşı, “BBC”-nin yazdığı kimi, son vaxtlar Rusiyanın itkiləri artıb. 2022-ci il ərzində qeydə alınan orta itkilərlə müqayisədə ölən və yaralanan rus əsgərlərinin sayı iki dəfə çoxdur.
Həmçinin, “BBC” yazır ki, reallıqda müharibədə ölən əsgərlərin sayı yəqin ki, bundan qat-qat çoxdur və ən mühafizəkar hesablamalara görə, bu, 50 min, müharibə zədələnmələrinə və ölümə görə müharibədən çıxanıarın sayı 225 minə çata bilər.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, ən çox itki minimal hərbi təlim keçmiş əsgərlər arasında qeydə alınır. Söhbət könüllülərdən, səfərbər edilmiş şəxslərdən, Rusiyanın özəl “Vaqner” hərbi şirkətinə qoşulan keçmiş məhkumlardan, həmçinin Donbasda fəaliyyət göstərən hərbi birləşmələrin üzvlərindən gedir.
Həm Rusiya, həm də Ukrayna hökumətləri müharibədə həlak olanların sayını açıqlamır.