"BBC" - Nağılvari oyun və pley-offa çıxmaqla rəqib komandaların hörmətini qazananan Gürcüstan Almaniyanı tərk edir
"BBC" - Nağılvari oyun və pley-offa çıxmaqla rəqib komandaların hörmətini qazananan Gürcüstan Almaniyanı tərk edir

 
Nağılvari oyun və pley-offa çıxmaqla rəqib komandaların hörmətini qazananan Gürcüstan Almaniyanı tərk edir- bu barədə “BBC”nin məqaləsində deyilir.

Həmçinin, məqalədə qeyd olunur ki, gürcü futbolçular qorxmadan əks-hücumlara keçirdilər və hər yerdə riskə gedirdilər.

“BBC” yazır ki, İspaniyanın bu matça hazırlaşmaq üçün əlavə iki günü var idi və qrup mərhələsinin son oyununda da on dəyişiklik etdi.

“Lakin onların azərkeşləri gördüklərindən əlbəttə ki, razı qaldılar. Gürcüstan yığmasının azarkeşləri final fitindən sonra öz yerlərində qaldılar və uzun müddət futbolçularını alqışlayırdılar”- məqalədə yazılıb.

Məqalədə deyildiyi kimi, qrup mərhələsinin son oyununda Gürcüstan Portuqaliyanı məğlub edəndə azarkeşlər unudulmaz xatirələr yaşadılar.