"BBC" - Fələstin tərəfinin məlumatına görə, İsrailin Qəzza zolağında məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub.
"BBC" - Fələstin tərəfinin məlumatına görə, İsrailin Qəzza zolağında məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub.

Fələstin tərəfinin məlumatına görə, İsrailin Qəzza zolağında məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub. Onlarla insan yaralanıb.

“BBC”nin yazdığı kimi, “Həmas”ın Səhiyyə Nazirliyinin məlumatına görə, hava zərbəsi Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat məcburi köçkün düşərgəsi ərazisində yerləşən və minlərlə insanın sığındığı binaya endirilib.

Hadisə şahidlərinin sözlərinə görə, hədəf ərzaq bazarının yaxınlığında yerləşən məktəb binasının yuxarı mərtəbələri olub.

Yerli mənbələrin BBC-yə verdiyi məlumata görə, İsrailin hava hücumunun hədəfi məktəb binasında Həmas polisinin istifadə etdiyi otaqlardan biri olub.

İsraildə onlar BBC-yə bildiriblər ki, hava hücumunun nəticələrini araşdırırlar.