Batumi şəhərinin yeni meri Laşa Komaxidze bugün rəsmi olaraq, vəzifəsinə başladı
Batumi şəhərinin yeni meri Laşa Komaxidze bugün rəsmi olaraq, vəzifəsinə başladı

Batumi şəhərinin yeni meri Laşa Komaxidze bugün rəsmi olaraq, vəzifəsinə başladı.

Komaxidze iş yerinə səhər saat 09:00-da piyada getdi. Onu meriyaya qədər yola salan isə, Batuminin sabiq meri Giorgi Ermakov idi.

Sabiq mer, Laşa Komaxidzeyi hazırda həyata keçirilmə fazasında olan layihələrlə tanış etdi.

Komaxidze ilk iclasını bugün keçirəcək.

Kadr dəyişikliklərinə gəlincə isə, Komaxidzenin dediyinə görə, bu mərhələdə sadəcə vitse-merlər dəyişiriləcəklər, meriyanın digər əməkdaşları isə, işlərinə davam edəcəklər.