Banqladeş Ali Məhkəməsi Hökumət Sektorunda İş Kvotalarının Çoxunu Ləğv Etdi
Banqladeş Ali Məhkəməsi Hökumət Sektorunda İş Kvotalarının Çoxunu Ləğv Etdi

Banqladeş Ali Məhkəməsi hökumət sektorunda iş yerlərinin əksəriyyətini ləğv edib. Məlumatı “BBC” yayıb.

Kvota sistemi bütün ölkədə etirazlara səbəb oldu.

Dövlət sektorunda iş yerlərinin üçdə biri 1971-ci ildə Pakistandan müstəqillik uğrunda müharibə veteranlarının qohumları üçün ayrılmışdı. Amma indi məhkəmə qərar verib ki, yalnız beş faiz veteranların yaxınlarına qala bilər, qalanı isə digər kateqoriyalar üçün saxlanılacaq.

Banqladeşdə zorakılıqlar zamanı 100-dən çox insan həlak olub, təkcə iyulun 19-da azı 50 nəfər ölüb.