Banqkokda bahalı mehmanxanalardan birində 6 əcnəbi sianiddən zəhərlənmə nəticəsində həlak olub
Banqkokda bahalı mehmanxanalardan birində 6 əcnəbi sianiddən zəhərlənmə nəticəsində həlak olub

 
Tailandın paytaxtı Banqkokda bahalı mehmanxanalardan birində 6 əcnəbi sianiddən zəhərlənmə nəticəsində həlak olub. Məlumatı “Deutsche Welle” yayır.

Dünyasını dəyişənlərdən dördü vyetnamlı, ikisi isə Vyetnam əsilli ABŞ vətəndaşıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtimal olunan qatilin də ölənlər arasında olduğunu güman edirlər.

Polisin izahına əsasən, onlar mehmanxana otağında çay fincanlarında sianid izləri aşkar ediblər. İstintaqın ilkin nəticələri əsasında qrupun sərmayə ilə bağlı borc üstündə mübahisə etdiyi öyrənilib.