Balkan bölgəsində fırtına nəticəsində ən azı iki nəfər həlak oldu
Balkan bölgəsində fırtına nəticəsində ən azı iki nəfər həlak oldu

Balkan bölgəsində fırtına nəticəsində ən azı iki nəfər həlak oldu.

Monteneqronun sahil yaşayış məntəqəsi Çanda tikinti zamanı bir nəfər həlak oldu. Yayılan məlumata görə, tikinti kranı güclü külək nəticəsində aşdı. İkinci nəfər isə Lustika şəhərində ildırım düşməsi nəticəsində həlak oldu.

Sloveniya, Xorvatiya, Bosniya-Hertseqovina və Serbiyada da güclü yağış, dolu və külək olub.