Azərbaycanın Prezident Administrasiyası Salome Zurabişvilinin İlham Əliyevə təbrik məktubunu yayır
Azərbaycanın Prezident Administrasiyası Salome Zurabişvilinin İlham Əliyevə təbrik məktubunu yayır

 
Azərbaycanın Prezident Administrasiyası Gürcüstan Prezidenti Salome Zurabişvilinin İlham Əliyevə təbrik məktubunu bu gün yayıb.

“Zati-aliləri, Sizi gürcü xalqı adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik etmək istərdim. Sizə ölkənizin və xalqınızın rifahına yönəlmiş yorulmaz səylərinizdə səmimi qəlbdən uğurlar və qələbə arzulayıram.

Qətiyyətlə inanıram ki, biz birgə səylərlə iki qardaş ölkə arasında mehriban qonşuluq, dostluq münasibətlərini və strateji tərəfdaşlığı yeni zirvəyə qaldıracağıq. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regional sabitliyin və inkişafın təşviqində rolunu gücləndirəcək.

Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram” – Salome Zurabişvilinin məktubunda deyilir.

Gürcüstan hökumətinin üzvləri və parlament çoxluğunun nümayəndələri bu gün bəyanatla çıxış ediblər ki, Salome Zurabişvili hələ də dost və strateji ölkənin prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik etməyib. Daha sonra Gürcüstanın Prezident Administrasiyasında, Salome Zurabişvilinin İlham Əliyevi fevralın 9-da rəsmi məktubla seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini bildiriblər.