Azərbaycanın Müdafiə Nazirliyi - Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimləri, Fransadan silah alınması Yerevanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdığını göstərir
Azərbaycanın Müdafiə Nazirliyi - Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimləri, Fransadan silah alınması Yerevanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdığını göstərir

 
Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimləri, Fransadan silah alınması və Avropa İttifaqının yardımı Ermənistanı təxribatlar törətməyə həvəsləndirir və onun Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdığını göstərir – bu haqda Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına əsasən, Ermənistan Kəlbəcər istiqamətində ağır silahlardan və Tovuz istiqamətində kvadrokopterlərdən istifadə etməklə təxribatlar törədib.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onu dəstəkləyənlər Cənubi Qafqaz regionunda yeni münaqişə zonası yaratmaqdan çəkinməlidirlər. Ölkəmizə qarşı bu təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələri arsenalında olan bütün vasitələrdən istifadə etməklə müdafiə məqsədilə lazımi cavab tədbirləri görəcək. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyənlərin üzərinə düşəcək” – Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.