Azərbaycanın Milli Məclisinin sədri - Fransa Cənubi Qafqazı münaqişələr meydanına çevirərək, utandırıcı neokolonial təcrübədən istifadə edərək regional dinamikaya müdaxilə etməyə çalışır
Azərbaycanın Milli Məclisinin sədri - Fransa Cənubi Qafqazı münaqişələr meydanına çevirərək, utandırıcı neokolonial təcrübədən istifadə edərək regional dinamikaya müdaxilə etməyə çalışır

Fransa müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı münaqişələr meydanına çevirməyə və özünün utanc verici neokolonial təcrübəsindən istifadə etməyə çalışır,- bu barədə Azərbaycanın Milli Məclisinin (Parlamentin) sədri Sahibə Qafarova “BRİKS”in Parlament Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

Azərbaycanın qanunvericilik orqanının rəhbərinin söylədiyinə görə, Azərbaycanın sərt və həlledici mövqeyi istənilən belə cəhdin qarşısını alır. S.Qafarova həmçinin qeyd edib ki, sülhün bərqərar olması ehtimalı ilə yanaşı, ikili standartlara və prosesə müdaxilə cəhdlərinə yenədə rast gəlinir.

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Sabiq məcburi köçkünlər artıq əcdadlarının yurdlarına qayıdırlar. Beləliklə, Azərbaycan müstəqil şəkildə beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi ilə yanaşı, xalqımızın 30 ilə yaxındır çalışdığı ədaləti bərpa etdi”, – deyə Sahibə Qafarova bildirib.