Azərbaycan parlamenti Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib
Azərbaycan parlamenti Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

 
Azərbaycan parlamenti Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Azərbaycan KİV tərəfindən yayılmış məlumatda qeyd edildiyi üzrə, Azərbaycan Milli Məclisinin iclasında 2023-cü ilin aprelin 24-də Bakıda imzalanmış və preambula və 13 maddədən ibarət “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.

Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Azərbaycan KİV-in yaydığı məlumatda qeyd edildiyi üzrə, sazişin 2-ci maddəsinə uyğun olaraq tərəflər hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, müdafiə sahəsində kibertəhlükəsizlik, kartoqrafiya sahəsində və s. əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər.

Azərbaycan KİV yazır ki, müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.