Ayətullah Əli Xamenei - İran yenə də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına uyğun olmadığını hesab edir
Ayətullah Əli Xamenei - İran yenə də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına uyğun olmadığını hesab edir

 
İran yenə də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına uyğun olmadığını hesab edir – bu haqda İranın ruhani lideri Ayətullah Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.

İranın ruhani lideri həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə müdaxilə etməməlidirlər.