Avtomaşınların məcburi texniki yoxlanışının pulsuz qaynar xətti artıq işləyir

Avto nəqliyyat vasitələrinin periodik texniki inspeksiyasının şərtləri ilə maraqlanan şəxslər üçün, yanvarın 3-dən qaynar xətt işləyir – 1484.

Qaynar xəttə ümumi istifadə telefonlarından və mobil şəbəkələrdən, sadəcə 1484 yığaraq,  zənq etmək olar. Onlain məsləhətlərdən başqa, qaynar xəttin operatorları həmçinin, vətəndaşlara nəqliyyat vasitələrinin test mərkəzlərinə onlain yazılmalarını da təmin edəcəklər.

2018-ci ilin yanvarın 1-dən texniki yoxlanış sürücükərin hamısı üçün məcburidir.

Texniki yoxlanış 8-dən artıq yeri olan və 3,5 tondan artıq yük götürə bilən yük maşınlarına aiddir.

Yüngül avtomobillərin texniki inspeksiyasının qiyməti 60 laridir. Yük və yolçu maşınlarının isə, 100 lari.

İnspeksiya müddətləri avtomobillərin yaşından asıldır.

Məcburi sertifikat üçün ödənilən məbləğ 90 laridən 130 lariyə qədərdir. Cərimə isə, 100 lari.

Sükanı sağda olan maşınların sürücülərindən isə, tələb olunacaq ki, işıqlarırını (faralarını) qaydaya salsınlar və qarşıdan gələn avtomobillərər çətinlik yaratmasınlar.

Sükanın digər tərəfə keçirilməsi isə, 2018-ci ilin yanvarın 1-dən qadağan edildi.

Sükanı artıq keçirilən maşınlara bu qadağanın aidiyyatı yoxdur.