Avropanın Mərkəzi Bankı beş ildə ilk dəfə faiz dərəcələrini aşağı salacaq
Avropanın Mərkəzi Bankı beş ildə ilk dəfə faiz dərəcələrini aşağı salacaq

 
Avropanın Mərkəzi Bankı beş ildə ilk dəfə faiz dərəcələrini aşağı salacaq. Bank bu haqda bəyanatı iyunun 6-da dərc edib.

Yayılmış məlumata əsasən, Avrozonada faiz dərəcəsi dörd faizdən 3,75 faizə azaldılacaq. Avropanın Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, inflyasiyanın proqnoz göstəriciləri xeyli yaxşılaşıb, bu da faiz dərəcəsini aşağı salmaq imkanı verir, lakin o, gələn il də Avrozonada inflyasiyanın iki faizdən yuxarı qalacağını deyib. Belə ki, 2024-cü ildə inflyasiya ehtimal ki, 2,5%, 2025-ci ildə isə 2,2% olacaq.

Kristin Laqardın bəyanatına əsasən, Avropanın Mərkəzi Bankı inflyasiyanın hədəf göstəriciyə, yəni iki faizədək aşağı salınması üçün faiz siyasətini “lazımdan xeyli sərt” saxlayacaq. Bundan əvvəl Kanada, İsveç və İsveçrə faiz dərəcələrini aşağı salmışdı.