Avropanın Ali Məhkəməsinin gəldiyi qənaətə əsasən, Avropa Komissiyası pandemiya zamanı ictimaiyyətə “Covid-19” peyvəndlərinin satınalma müqavilələrinə kifayət qədər çıxış imkanı verməyib
Avropanın Ali Məhkəməsinin gəldiyi qənaətə əsasən, Avropa Komissiyası pandemiya zamanı ictimaiyyətə “Covid-19” peyvəndlərinin satınalma müqavilələrinə kifayət qədər çıxış imkanı verməyib

 
Avropanın Ali Məhkəməsinin gəldiyi qənaətə əsasən, Avropa Komissiyası pandemiya zamanı ictimaiyyətə “Covid-19” peyvəndlərinin satınalma müqavilələrinə kifayət qədər çıxış imkanı verməyib.

“Reuters”in məlumatına əsasən, Avropa İttifaqının icraçı orqanı 2020-2021-ci illərdə bir neçə əczaçılıq şirkətindən peyvənd almaq üçün çoxlu böyük müqavilələr imzalayıb. Avropa Parlamentinin deputatları müqavilələrin şərtlərini öyrənmək istəyirdilər, lakin onlara sənədlərə yalnız qismən çıxış imkanı verilib. Bəzi sənədlər isə ümumiyyətlə redaktə edilmiş şəkildə olub- Avropa Komissiyası isə bunu kommersiya marağı və qərar prosesinin müdafiəsi ilə izah edib.

Qanunvericilər daha sonra şikayət veriblər. Məhkəmə komissiyanın kommersiya maraqlarına zərər vermədən deputatlara daha çox çıxış imkanı verə biləcəyini müəyyən edib.

“Komissiya mübahisəli maraqların düzgün qiymətləndirilməsi üçün bütün müvafiq halları kifayət qədər nəzərə almayıb” – məhkəmənin bəyanatında deyilir.