Avropa turnesi çərçivəsində Entoni Blinken Moldovaya yollanıb
Avropa turnesi çərçivəsində Entoni Blinken Moldovaya yollanıb

 
Avropa turnesi çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken Moldovaya yollanıb.

“Dövlət katibi Blinken Moldovanın Avropa İttifaqına üzvlüyü və enerji təhlükəsizliyinə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək üçün Kişinyovda Moldovanın Prezidenti Maia Sandu və digər rəsmilərlə görüşəcək”- Dövlət Departamentinin yaydığı məlumatda qeyd edilib.

Moldovaya səfəri başa çatdıqdan sonra Entoni Blinken Çexiyanın paytaxtı Praqaya yollanacaq və Ukraynaya dəstək, müdafiənin birgə modernləşdirilməsi və enerji əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə etmək üçün xarici işlər naziri Yan Lipavski və digər rəsmilərlə görüş keçirəcək.

Dövlət Departamentinin yaydığı məlumatda qeyd edildiyi üzrə, Entoni Blinken Praqada olarkən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Dövlət Departamentinin məlumatında, görüşün məqsədinin liderlərin NATO-nun qarşıdan gələn sammitinin prioritetlərini müzakirə etməsinə xidmət etdiyi deyilir.