Avropa Sülh Fondu Ermənistan Silahlı Qüvvələrinə on milyon avro yardım edəcək
Avropa Sülh Fondu Ermənistan Silahlı Qüvvələrinə on milyon avro yardım edəcək

 
Avropa Sülh Fondu Ermənistan Silahlı Qüvvələrinə on milyon avro yardım edəcək. Avropa İttifaqı Şurası yardım tədbirləri ilə bağlı qərarı bu gün təsdiqləyib. Avropa İttifaqının Ermənistana dəstəyi Avropa Sülh Fondundan etməyə qərar verməsi ilk dəfə baş verir.

Bu yardım Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını gücləndirmək, böhran və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsini gücləndirməyə kömək etmək məqsədi daşıyır. O, eləcə də Ermənistanın dayanıqlığını gücləndirmək və ölkənin gələcəkdə beynəlxalq hərbi missiya və əməliyyatlarda, o cümlədən Avropa İttifaqının missiyalarında mümkün iştirakı üçün onun silahlı qüvvələrinin uyğunluğunu sürətləndirmək məqsədi daşıyır.

Avropa İttifaqı Şurasının bəyanatında qeyd edildiyi kimi, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha da artan elementidir. Avropa Sülh Fondunun bu yardımı ölkənin dayanıqlığının gücləndirilməsinə daha da töhfə verəcək.

“Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirməkdə ortaq marağımız var, həmçinin Ermənistanın Avropa İttifaqının missiya və əməliyyatlarında gələcək iştirakını gözləyirik”- deyə bəyanatda deyilir.