Avropa Parlamenti seçkilərindən sonra Yunanıstanın baş naziri hökuməti dəyişib
Avropa Parlamenti seçkilərindən sonra Yunanıstanın baş naziri hökuməti dəyişib

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Parlamentinə seçkilərdən sonra hökuməti dəyişib, xarici işlər və maliyyə nazirlərinin vəzifələri saxlanılıb.

Hökumət dəyişikliyi Mitsotakisin sağ mərkəzçi partiyasının Avropa Parlamenti seçkilərində gözləniləndən də pis nəticə əldə etməsindən sonra elan edilib.

2019-cu ildən hakim partiya olan Mitsotakisin “Yeni Demokratiya” partiyası 28,3% səslə birinci yeri tutsa da, baş nazirin gözlədiyi səsi – 33%-ni ala bilməyib.

Kiriakos Mitsotakis ölkədə növbədənkənar seçkilərin keçirilməyəcəyini bildirib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.