Avropa Komissiyasının araşdırmasına görə, Avropa İttifaqı vətəndaşlarının demək olar ki, üçdə ikisi təhlükəsizlikdən narahatdır, respondentlərin 50%-i Ukraynadakı müharibəni, 41%-i isə qeyri-qanuni miqrasiyanı ən böyük problem hesab edir.
Avropa Komissiyasının araşdırmasına görə, Avropa İttifaqı vətəndaşlarının demək olar ki, üçdə ikisi təhlükəsizlikdən narahatdır, respondentlərin 50%-i Ukraynadakı müharibəni, 41%-i isə qeyri-qanuni miqrasiyanı ən böyük problem hesab edir.

Avropa Komissiyasının son araşdırmasına görə, Avropa İttifaqı vətəndaşlarının demək olar ki, üçdə ikisi təhlükəsizliklə bağlı narahatdır.

Respondentlərin təxminən 47%-i Avropa İttifaqının növbəti beş il ərzində təhlükəsizliyindən “bir qədər narahat olduqlarını”, 17%-i isə “çox narahat olduqlarını” bildiriblər. Bu sorğuya əsasən, Portuqaliya vətəndaşlarını ən çox təhlükəsizlik narahat edir, ondan sonra Almaniya gəlir.

“Ipsos” iyun-iyul aylarında onlayn sorğu keçirib və bu sorğuda 25 minə yaxın Avropa İttifaqı vətəndaşı iştirak edib.

Sorğunun nəticələrinə görə, Avropa İttifaqı vətəndaşlarının təxminən 58%-i hələ də Avropa İttifaqının gələcəyinə nikbin baxır, 37%-i isə bədbindir.

Sorğuda iştirak edən vətəndaşların təxminən 50%-i hesab edir ki, hazırda Avropa İttifaqı üçün ən böyük problem Ukraynadakı müharibədir, respondentlərin 41%-i isə ən böyük problemin qeyri-qanuni miqrasiya olduğunu düşünür.

Məlumat üçün bildirək ki, Polşada respondentlərin 70%-i Ukraynadakı hazırkı vəziyyəti ölkənin suverenliyinə və müstəqilliyinə təhlükə hesab edir, 30%-i isə bunu əhəmiyyətsiz və ya mövcud olmayan hesab edir.