Avropa İttifaqının səfirləri – Avropa İttifaqına üzv olan dövlətlər və institutlar Gürcüstan, Avropa İttifaqı və Gürcüstan üçün daha güclü şəkildə işləyirlər, – bu haqda Avropa günü ilə bağlı Avropa İttifaqının 34 səfiri və missiya rəhbərinin əks olunduğu video mesajda deyilir.
“Bu gün Avropa günüdür. Deklarasiya, Avropa qitəsindəki müharibə məntiqinin sonlanmasına və sülhə, əməkdaşlığa səsləyirdi. Bu baxış 70 il sonra, 27 ölkəni və 450 minyon insanı birləşdirən dinc və uğurlu Avropa İttifaqında çevrildi.
Bu həmrəyliyi yaxın partnyorumuz Gürcüstanla da bölüşürəm. Avropa günü bizə xatırladır ki, biz güclüyük. Avropa İttifaqına üzv olan dövlətlər və institutlar Gürcüstan, Avropa İttifaqı və Gürcüstan üçün daha güclü şəkildə işləyirlər.
Biz Gürcüstandakı Avropa komandasıyıq (Team Europe) və bu gün Avropa günüdür!”, – deyə video mesajda qeyd olunur.