Avropa İttifaqının Avstriyadakı səfiri Avstriyanın Rusiyadan qaz alışını tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb
Avropa İttifaqının Avstriyadakı səfiri Avstriyanın Rusiyadan qaz alışını tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb

Avropa İttifaqının Avstriyadakı səfiri Avstriyanın Rusiyadan təbii qaz almasını tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. “Reuters”in yazdığı kimi, Martin Zellmayr Avstriya hökumətini Rusiyanın təbii qazından asılılığına görə sərt tənqid edib və Vyananın Rusiya enerjisinə ödədiyi pulu “qanlı” adlandırıb.

“Avstriya qazının 55%-i hələ də Rusiyadandır.  Rusiyaya hər gün qan pulu göndərilir”, – Avropa İttifaqının Avstriyadakı səfiri bildirib.

Avstriya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinin baş katibi ilə məsləhətləşmələr üçün çağırılıb.

Avstriyanın Avropa işləri üzrə naziri Karolin Edstadler insidentlə bağlı danışarkən Avropa İttifaqı səfirinin bəyanatını “əks-məhsuldar” adlandırıb.

“Reuters” agentliyinin məlumatına görə, iyun ayına olan məlumata görə, Avstriyaya idxal olunan təbii qazın 60%-i Rusiyadan gəlir.