Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük haqda danışıqlara bu gün rəsmən başlayacaq
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük haqda danışıqlara bu gün rəsmən başlayacaq

 
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük haqda danışıqlara bu gün rəsmən başlayacaq. Bu haqda məlumatı “Reuters” yayır.

Nəşrin yaydığı məlumatda, bunun Avropa İttifaqı ilə bu iki ölkə arasında keçiriləcək ilk hökumətlərarası konfrans olduğu deyilir.

Lüksemburqda keçiriləcək hökumətlərarası konfransda Avropa tərəfi gələcək danışıqlar üçün əsasa çevriləcək danışıqların çərçivəsini təqdim edəcək.