Avropa İttifaqı Şurası xarici işlər nazirlərinin görüşünün xülasə bəyanatını dərc edir - Üzv dövlətlər Gürcüstanda qanunun qüvvəyə minməsi halında ən uyğun cavabı müzakirə etmək barədə razılaşıblar
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra Avropa İttifaqı Şurası Gürcüstandan da bəhs edən xülasə bəyanat dərc edib.
“Cari hadisələr çərçivəsində Avropa İttifaqı Şurasına Gürcüstanda Avropa İttifaqının prinsiplərinə və ruhuna zidd olan “Xarici təsirin şəffaflığı haqqında” yeni qanun ətrafında inkişaf edən hadisələrlə bağlı məlumat verilib. Üzv dövlətlər qanunun qüvvəyə minməsi halında, xarici işlər nazirlərinin iyun ayında keçiriləcək toplantısında mümkün qərarın qəbul edilməsi məqsədilə Aİ-nin ən uyğun cavabını müzakirə etmək barədə razılığa gəliblər”-deyə bəyanatda yazılıb.