Avropa İttifaqı səfirləri Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqların çərçivə formatı barədə razılığa gəliblər
Avropa İttifaqı səfirləri Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqların çərçivə formatı barədə razılığa gəliblər

Avropa İttifaqı səfirləri Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqların çərçivə formatı barədə razılığa gəliblər.

Bu barədə məlumatı Avropa İttifaqına sədrlik edən Belçikanın nümayəndəliyi yayıb.

İndiyədək təşəbbüsün əleyhinə olan və ona mane olan Macarıstan razılaşdı.

Növbəti mərhələ iyunun 25-də keçiriləcək və üzvlüklə bağlı danışıqların rəsmi başlanacağı hökumətlərarası konfransdır.

İyunun 7-də Avropa Komissiyası Ukrayna və Moldovaya Avrointeqrasiya islahatları ilə bağlı müsbət şifahi qiymət verdiyini təsdiqləyib.