Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya hərbi yardım üçün 1,4 milyard avronun ayrılmasını dəstəkləyib
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya hərbi yardım üçün 1,4 milyard avronun ayrılmasını dəstəkləyib

 
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya hərbi yardım üçün 1,4 milyard avronun ayrılmasını dəstəkləyib.

Qeyd olunan vəsait döyüş sursatı və hava hücumundan müdafiə sistemlərinin birbaşa qaydada alınmasına xərclənəcək.

“Politico”nun yazdığı kimi, bu, ilk tranşdır və vəsait Ukraynaya Yardım Fondu vasitəsilə yatırılacaq, Macarıstan bunu əngəlləyir, lakin Avropa İttifaqı Şurasının Hüquq Xidmətinin izah etdiyi kimi, Budapeşt qeyd olunan tranşı dayandıra bilməz, çünki bu fondun təsis edilməsi üçün keçirilən səsvermədə iştirak etməyib.