Avropa İttifaqı rus təbii qazının Ukrayna vasitəsilə üzv ölkələrə tədarükünü davam etdirməyi planlaşdırır, Azərbaycan təbii qazının rus qaz kəməri ilə tədarükü məsələsi də müzakirə olunur
Avropa İttifaqı rus təbii qazının Ukrayna vasitəsilə üzv ölkələrə tədarükünü davam etdirməyi planlaşdırır, Azərbaycan təbii qazının rus qaz kəməri ilə tədarükü məsələsi də müzakirə olunur

 
Avropa İttifaqı rus təbii qazının Ukrayna vasitəsilə tədarükünü davam etdirməyi planlaşdırır. Həmçinin, Azərbaycan təbii qazının rus qaz kəməri ilə Avropa İttifaqına tədarükü məsələsi də müzakirə olunur.

Alman mediasının yazdığı kimi, bir neçə Avropa dövləti Kiyev və Moskva arasında imzalanmış müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra belə rus qazının Ukrayna vasitəsilə Avropa İttifaqına tədarükünü davam etdirmək üçün artıq işə başlayıb. Xüsusilə, Avropa Komissiyası və Almaniya İqtisadiyyat Nazirliyindən xəbər verirlər ki, Almaniya hökuməti və Brüssel rus qazını tranzitlə alan Avropa İttifaqına üzv ölkələrlə danışıqlar aparır.

Bununla yanaşı, Avropa İttifaqı Rusiyanın “GAZPROM” şirkəti ilə müqavilə imzalamağı düşünür.

Ukraynada davam edən müharibəyə baxmayaraq, Rusiya Ukrayna vasitəsilə Avstriya, Slovakiya, Macarıstan və Çexiyaya qaz tədarükünü davam etdirir. İyunun əvvəlində “Bloomberg” yazırdı ki, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Rusiya və Ukraynanı birləşdirən boru kəməri ilə qaz tədarükünün 2025-ci ildə davam etdirilməsi məsələsini müzakirə edirlər. Agentliyin məlumatında deyilir ki, Avropa şirkətlərinin Azərbaycanda qaz alması və onun rus qaz kəməri ilə Avropa İttifaqı ölkələrinə çatdırılması variantlardan biridir.

Daha sonra “Bloomberg”ə müsahibəsində Ukraynanın Prezidenti təsdiqləyib ki, Azərbaycan qazının Avropa İttifaqına tədarükü mümkün variantlardan biri hesab olunur və Ukraynanın yüksək rütbəli rəsmiləri bunun üzərində işləyirlər. Öz növbəsində, Azərbaycanda Avropaya təbii qaz ixracını artırmaq istədiklərini, ancaq əlavə qaz hasilatına investisiya yatırmaq üçün hələ uzunmüddətli saziş imzalamadıqlarını bəyan edirlər. Azərbaycan Rusiya ilə təbii qazı mübadilə edə bilər, təbii qazı bir yerdən digər yerə tədarük etmək fiziki olaraq mümkün olmayanda bu, qəbul edilən təcrübədir, lakin nəzəri cəhətdən bu, qısa müddətdə Rusiya üçün faydalı ola bilər. Ukraynanın “Naftogaz” şirkətinin rəhbəri Aleksey Çernişov Ukraynanın qaz nəqli sisteminin fəaliyyətinin davam etməsi üçün hər şeyi edəcəyini deyib.