Avropa İttifaqı Ermənistanla vizasız gediş-gəliş rejimi haqda danışıqlara başlayacaq
Avropa İttifaqı Ermənistanla vizasız gediş-gəliş rejimi haqda danışıqlara başlayacaq

 
Avropa İttifaqı Ermənistanla vizasız gediş-gəliş rejimi haqda danışıqlara başlayacaq.

Bu gün Avropa İttifaqı Şurasında xarici işlər nazirləri də Avropa Komissiyasının qərarını dəstəkləyiblər.

“Reuters”in yazdığı kimi, Ermənistanla vizasız gediş-gəliş rejimi ölkə konkret şərtləri təmin edəcəyi təqdirdə, tətbiq olunacaq. Bununla yanaşı, proses ola bilsin bir neçə il çəksin.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib : “Bu, Ermənistanla Avropa İttifaqı arasında ümumi dəyərlərə və prinsiplərə əsaslanan münasibətlərin dərinləşdirilməsində ən mühüm mərhələdir”.