"Avropa Gürcüstanında" bəyan edirlər ki, "Gürcü Arzusu"-nun üzvləri "Ədalətli Seçkilər" təşkilatının nəticələrini qeyri-qanuni şəkildə, əvvəlcədən bilirdilər
"Avropa Gürcüstanında" bəyan edirlər ki, "Gürcü Arzusu"-nun üzvləri "Ədalətli Seçkilər" təşkilatının nəticələrini qeyri-qanuni şəkildə, əvvəlcədən bilirdilər

Saxtalaşdırmadan söz edərkən, biz, “Avropa Gürcüstanı”, “Ədalətli seçkilər” təşkilatı tərəfindən səslərin paralel hesablanması nəticələrinə heçvaxt etibar etməmişik, – bu bəyanatı “Avropa Gürcüstanının” spikeri Tornike Diasamidze verdi.

Tornike Diasamidze qeyd etdi ki, “Ədalətli seçkilər” alavə bülletinlərin seçki qutusuna tökülməsi kimi faktları ölçə bilmir.

“Ədalətli seçkilər” karuseli, zorakılığı kontrol edə bilmir və ehtimala görə, “Gürcü Arzusunun” üzvləri “Ədalətli seçkilər” tərəfindən həyata keçirilən paralel hesablanma nəticələrini qeyri-qanuni şəkildə əvvəlcədən bilirdilər və bunu bilərək, müxalifətə tələ qrudular” – dedi Diasamidze.

MSK-nın son göstəricilərinə görə, “Gürcü Arzusu” səslərin 48,22%-ni yığdı. “Ədalətli seçkilər” tərəfindən dünən yayılan paralel hesablanma nəticələri ilə də, “Gürcü Arzusunun” maksimal nəticəsi 48,3% -dir, minimal isə, – 46,9%.

Qeyd edilməlidir ki, təşkilat tərəfindən noyabrda yayılan nəticələrə görə, “Gürcü Arzusunun” maksimal nəticəsi 46.5% idi, minimal isə, – 45.1%.