Avropa Cüdo İttifaqı 2023-cü ilin ən yaxşı kişi cudoçusu kimi Tato Qriqalaşvilini elan etdi
Avropa Cüdo İttifaqı 2023-cü ilin ən yaxşı kişi cudoçusu kimi Tato Qriqalaşvilini elan etdi

Avropa Cüdo İttifaqı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Tato Qriqalaşvilini 2023-cü ilin ən yaxşı kişi cüdoçusu kimi elan etdi. Gürcüstanlı idmançıya mükafatı Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot verib.

Qeyd edək ki, ilin ən yaxşı gənc kişi cüdoçusu Şalva Qureşidze, ilin ən yaxşı komandası isə Gürcüstanın qadın və kişilərdən ibarət olan qarışıq komandası olub.

Tato Qriqalaşvili ardıcıl ikinci dəfə ən yaxşı cüdoçu seçilib. O, 2023-cü ildə dünya çempionu və Avropanın vitse-çempionu, Şalva Qureşidze isə gənclər arasında Avropa və dünya çempionu adını qazanıb. Gürcüstanın kişilərdən və qadınlardan ibarət olan qarışıq komandası Avropa Oyunlarında bürünc medal qazanıb. Həmçinin, dünya çempionatında bürünc medal qazanıb.