Avro 2024 | Vili Sanioli - Məğlubiyyətlə kifayətlənə bilməsəm də, Gürcüstan millisinin çıxışı ilə fəxr edirəm #1TVSPORT
Avro 2024 | Vili Sanioli - Məğlubiyyətlə kifayətlənə bilməsəm də, Gürcüstan millisinin çıxışı ilə fəxr edirəm #1TVSPORT

Gürcüstan millisinin baş məşqçisi Vili Saniol Türkiyə ilə oyundan sonra mətbuat konfransı keçirib və Avropa çempionatında debüt matçını dəyərləndirib.
“Məğlubiyyətlə kifayətlənmək və sevinmək mümkün deyil, amma bu gün biz çoxlu qol imkanları yaratdıq, çox yaxşı oyun keçirdik və komandam və göstərdikləri oyunla fəxr edirəm. Oynadığımız futboldan razıyam.
Avropa çempionatında oynamaq böyük təcrübədir və bu matçlar, şübhəsiz ki, inkişafımızda bizə kömək edəcək. Hamımız turnirə fərqli prizmadan baxmalıyıq, bu, Gürcüstan üçün onun inkişafına kömək edəcək bir mükafatdır.
Qrupdan çıxmaq haqda danışmaq hələ tezdir, əsas odur ki, yaxşı matçlar keçirək. Əminəm ki, şənbə günü də eyni futbolu nümayiş etdirəcəyik. Mikautadzeyə gəlincə, o, tarixi qol vurdu və onun uğuruna sevinirəm.
Yəqin ki, qalib gəlmək üçün təcrübəmiz çatışmırdı. İnanıram ki, Gürcüstan bundan sonra da belə görüşdə uduzmayacaq, bu məğlubiyyətdən təcrübə kimi istifadə etməliyik. Futbolçular haqqında ancaq müsbət danışa bilərəm. İndi şənbə günü Çexiya ilə oyun haqda düşünürük.
Ən yaxşı stadionlardan birində oynadıq, çox sərin atmosfer idi. “Bavariya”da oynadığım vaxtdan bu mühit indi də yadımdadır. Onu da qeyd edim ki, oyundan əvvəl Gürcüstanın himni səsləndirilərkən türk azarkeşlər fit çalmışdılar və bu, həqiqətən də xoşagələn davranış deyildi”. – Willy Saniol dedi.