Avro 2024 | Vili Sanioli - Az da olsa şans olsa, Portuqaliyaya qarşı matçda Kiteişvilidən istifadə edəcəyik #1TVSPORT
Avro 2024 | Vili Sanioli - Az da olsa şans olsa, Portuqaliyaya qarşı matçda Kiteişvilidən istifadə edəcəyik #1TVSPORT

 
Gürcüstan yığmasının baş məşqçisi Vili Sanioli Qelzerkirxendə “Veltins-Arena”da mətbuat konfransı keçirib və milli komandamızın Portuqaliyaya qarşı keçirəcəyi Avropa çempionatının III turunun oyunu haqda danışıb.

“Mən buraya əvvəlki görüşlər haqda danışmaq üçün gəlməmişəm. Qarşıda bizi Portuqaliya ilə oyun gözləyir. Zivzivadzeyə gəlincə, o, Türkiyəyə qarşı oyunda meydana daxil oldu, Çexiya ilə qarşılaşmada isə mən başqa oyunçunu meydana buraxmağa üstünlük verdim. Qərar qəbul edərkən yalnız futbol baxışlarını rəhbər tuturam. Kim oynayacaq, kim oynamayacaq, mənim verəcəyim qərardır.

Kiteişvilinin oyununa gəlincə, o, ilk iki görüşdə formasında deyildi, lakin indi hazır olacaq. Biz əlimizdən gələnin maksimumunu etməyə çalışırıq. Portuqaliya güclü komandadır və az da olsa şansımız olsa, bundan istifadə edəcəyik. Burada olmaq belə böyük qələbədir. Əgər kimsə mənə desəydi ki, növbəti mərhələyə keçmək şansımız olacaq, mən buna inanmazdım”- deyə Sanioli açıqlayıb.