Avro 2024 | Quram Kaşia - Başlar yuxarı #1TVSPORT
Avro 2024 | Quram Kaşia - Başlar yuxarı #1TVSPORT

 
Kapitan Quram Kaşia Gürcüstan yığmasının Avropa çempionatındakı çıxışını qısa şəkildə qiymətləndirib:

“Ölkəmizi belə səviyyəli turnirdə necə təmsil etdiyimiz qürurvericidir. İlk dəfə Avropa çempionatına vəsiqə qazandıq və bu, heyrətamiz bir macəra idi. Mən bir daha oyunumuzla fəxr edirəm.

İspaniya ilə oyuna gəlincə, birinci hissəni yaxşı keçirdik, ikinci hissədə Kiteişvili əksiləndən sonra oyun dəyişdi. Sonda qollar buraxdıq və çempionatla vidalaşdıq, lakin ölkəmizi layiqincə təmsil etdiyimiz üçün sevinirik.
Başlar yuxarı.”