Avro 2024 | Qiorqi Mamardaşvili - Türkiyənin dəstəyi çox olacaq, amma istənilən komanda qalib gələ bilər #1TVSPORT
Avro 2024 | Qiorqi Mamardaşvili - Türkiyənin dəstəyi çox olacaq, amma istənilən komanda qalib gələ bilər #1TVSPORT

Gürcüstan millisinin Avropa çempionatına hazırlaşdığı Felbert təlim-məşq bazasında “Xaçlılar”ın qapıçısı Qiorqi Mamardaşvili növbəti məşq başlamazdan əvvəl mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

“Komandada döyüş ruhu var. Debüt Avropa çempionatına tam hazırlaşırıq. Bizi gözəl matçlar gözləyir. 100 faiz hazırıq və mübarizə aparacağıq.

Bu futboldur və istənilən komanda ilə oynamaq olar. Bizi Türkiyə ilə çətin oyun gözləyir. Müəyyən təzyiqlər olacaq, rəqibin dəstəyi çox olacaq, amma gürcü azarkeşlərin dəstəyindən əskik olmayacağıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Açıq məşqdə çox enerji sərf etdik. Biz hər gün böyük dəstək hiss edirik. Biz bilirik ki, azarkeşlər bizi ürəkdən dəstəkləyəcək və biz də onları sevindirib qrupdan çıxmağa çalışacağıq”, – Gürcüstan millisinin qapıçısı deyir.