Avro 2024 | Qiorqi Mamardaşvili dəf edilən topların sayına görə Avropa çempionatları tarixində qapıçılar arasında ikinci yerdədir #1TVSPORT
Avro 2024 | Qiorqi Mamardaşvili dəf edilən topların sayına görə Avropa çempionatları tarixində qapıçılar arasında ikinci yerdədir #1TVSPORT

 
Gürcüstanın yığması Avro-2024-ün 1/8 finalında İspaniyaya 1:4 hesabı ilə məğlub oldu və turnirdən kənarlaşdı, lakin Qiorqi Mamardaşvili turnirin tarixinə görkəmli səhifələrdən birini yazdı.

Gürcüstan yığmasının qapıçısı turnirdə keçirdiyi 4 qarşılaşmada 30 “seyv” edib.

“OptaJose” statistika səhifəsinin göstəricilərinə əsasən, Qiorqi Mamardaşvili bu göstərici ilə Avropa çempionatları tarixində qapıçılar arasında ikinci yerdədir. Birinci yerdə Avro-2008-də 32 “seyv” edən İqor Akinfeev, üçüncü yerdə isə Mamardaşvili kimi Avro-2000-də 30 “seyv” edən italiyalı qapıçı Françesko Toldo qərarlaşıb. Qeyd edilməlidir ki, bunun üçün Toldoya 6, Akinfeevə isə 5 matç lazım gəlib.

Avro 2024-ə gəlincə, Q. Mamardaşvili cari Avropa çempionatında dəf edilən topların sayına görə ən yaxşı qapıçılar arasında birinci yerdədir:

1. Qiorqi Mamardaşvili, Gürcüstan – 30;

2. Tomas Strakoşa, Albaniya – 13;

3. Kasper Şmeixel, Danimarka – 12;

4. Florian Nita, Rumıniya – 12;

5. Bart Verbriuqen, Niderland– 12.