Avro 2024 | Qiorqi Koçoraşvili - Əsas odur ki, səhvləri təhlil edək və Çexiya ilə oyuna ən yaxşı şəkildə hazırlaşaq #1TVSPORT
Avro 2024 | Qiorqi Koçoraşvili - Əsas odur ki, səhvləri təhlil edək və Çexiya ilə oyuna ən yaxşı şəkildə hazırlaşaq #1TVSPORT

 
Gürcüstan yığmasının və “Levante”nin yarımmüdafiəçisi Qiorqi Koçoraşvili Avropa çempionatında Türkiyə ilə keçirilən oyunla bağlı sosial şəbəkədə paylaşım edib və Çexiya ilə qarşılaşmada komandanın səhvləri düzəldə beləcəyinə ümid etdiyini bildirib.

“Avropa çempionatındakı debüt oyunumuzu azarkeşlərimizə həsr etməyə çalışdıq, bütün qəlbimizi oyuna qoyduq. İndi əsas odur ki, səhvləri təhlil edək və Çexiya ilə oyuna ən yaxşı şəkildə hazırlaşaq. Dünyanın hər nöqtəsindən olan gürcü azarkeşlərə heyrətamiz dəstəyə görə təşəkkürlər”- Qiorqi Koçoraşvili yazır.

Xatırladaq ki, Qiorqi Koçoraşvili Avropa çempionatında debüt qarşılaşmada qol ötürməsini yerinə yetirdi və “Xaçlılar”ın heyətində ən yaxşılardan biri idi.