Avro 2024 | İspaniya millisinin baş məşqçisi - Gürcüstan millisinə qarşı çox diqqətli oynamalıyıq #1TVSPORT
Avro 2024 | İspaniya millisinin baş məşqçisi - Gürcüstan millisinə qarşı çox diqqətli oynamalıyıq #1TVSPORT

İspaniya millisinin çalışdırıcısı Luis de la Fuente Avropa çempionatının 1/8 finalında Gürcüstan millisi ilə qarşıdurma haqda danışıb və rəqibi dəyərləndirərkən ehtiyatlı davranıb.

“İlk dəfə böyük turnirdə çıxış edən və Portuqaliyaya qalib gələn komandaya maksimum hörmət edirəm. Təcrübəmizdən görürük ki, Gürcüstan millisi təkmilləşib və irəliləyir. Ona görə də növbəti mərhələyə keçmək üçün ən yaxşı keyfiyyətlərimizi göstərməliyik.

Gördük ki, Gürcüstan millisi sistemi dəyişib – bu komandanın futbolçuları əks-hücuma çox tez keçə bilirlər. Ona görə də çox diqqətli oynamalıyıq.

Avropa çempionatında qazanılan təcrübə və Portuqaliyanı məğlub etməklə qazanılan inam Gürcüstanı daha təhlükəli edir və bunun sayəsində daha yaxşı olacaqlar. Biz isə öz yolumuzla yeriməyə və irəliləməyə davam etməliyik”.