Avro 2024 ilə əlaqədar Frankfurt hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
Avro 2024 ilə əlaqədar Frankfurt hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Almaniya polisi Avro-2024 ilə əlaqədar Frankfurt hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib.

Ölkənin ən böyük hava limanında sərnişinlər artıq ciddi təhlükəsizlik yoxlamasından keçiblər.

“Almaniya Federal Polisi iyunun 7-dən Frankfurt hava limanı da daxil olmaqla Şengen sərhədlərinə nəzarət edir. Biz futbol çempionatının dinc keçməsini istəyirik, məqsədimiz heç bir zorakılığa yol verməməkdir. Tətbiq etdiyimiz nəzarətlər çevikdir. Sərnişinlərin və uçuşların seçimi vəziyyətdən və təbii ki, sərhəd polisinin təcrübəsindən asılıdır”. – deyə Frankfurt Hava Limanının Federal Polisinin sözçüsü Yorq Martiensen bildirib.