Avro-2024 | Gürcüstan millisi Hamburqa yollanıb - Kiteişvili komanda ilə birlikdədir #1TVSPORT
Avro-2024 | Gürcüstan millisi Hamburqa yollanıb - Kiteişvili komanda ilə birlikdədir #1TVSPORT

Felbertdə məşq edən Gürcüstan millisi Hamburqa yollanıb, onlar sabah Avropa çempionatında ikinci oyununu Çexiya yığmasına qarşı keçirəcək.

Birinci turda Gürcüstan Türkiyəyə 1:3, Çexiya isə Portuqaliyaya – 1:2 hesabı ilə məğlub olub.

Villi Saniolinin komandası artıq Hamburq stadionunda məşq keçirməyəcək. Bazada məşq keçirən Çexiya millisi də matçın keçiriləcəyi arenada məşq etməyəcək.

Monteneqro ilə yoldaşlıq oyununda yarlanan Otar Kiteişvili milli komanda ilə bərabər Hamburqa yollanıb və onun oyunu hələ də sual altındadır. Avstriya Bundesliqasının ötən mövsümünün ən yaxşı futbolçusu fərdi məşq edib.

Gürcüstan – Çexiya oyunu iyunun 22-də Tbilisi vaxtı ilə saat 17:00-da başlayacaq.