Avro 2024 | Quram Kaşia - ölkəmizi bir daha qürurlandırmağa çalışacağıq #1TVSPORT
Avro 2024 | Quram Kaşia - ölkəmizi bir daha qürurlandırmağa çalışacağıq #1TVSPORT

“Xaçlılar”ın kapitanı Quram Kaşia Dortmunddakı “BVB Arena”da keçirilən mətbuat konfransında Gürcüstan millisinin baş məşqçisi Vili Sanioli ilə birgə iştirak edib və Avropa çempionatının Türkiyə ilə ilk oyununa hazırlıqdan danışıb.

“Avro 2024-ə çıxmaq çox emosional idi, hamı bu kadrları gördü. Biz çox qürurlu idik, bütün Gürcüstan bayram edirdi, amma bu artıq keçmişdə qalıb. İndi bayram vaxtı deyil. Uğruna gəldiyimiz planı yerinə yetirmək istəyirik.

Gürcüstanda futbolu çox sevirlər, xüsusən də 30 ildir ki biz bu uğuru gözləyirik. Bilirəm ki, bir çox soydaşımız bura gəlmək üçün qənaət etdiyi məbləğini xərcləyib və biz onları sevindirmək üçün hər şeyi edəcəyik. Ölkəmizin adını bir daha qürurlandırmağa çalışacağıq”, – deyə Quram Kaşia bildirib.