Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş nazirinin istefası tələbi ilə 4 günlük etiraz aksiyaları elan edir
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş nazirinin istefası tələbi ilə 4 günlük etiraz aksiyaları elan edir

 
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş nazirinin istefası tələbi ilə 4 günlük etiraz aksiyaları elan edir.

“Biz dörd gün küçələrdə və meydanlarda qalacağıq, öz istəyimiz və iradəmizlə qələbəyə nail olacağıq”- bu sözləri hökuməti istefaya göndərmək məqsədilə parlament fraksiyalarını çərşənbə axşamı növbədənkənar iclas keçirməyə çağıran Baqrat Qalstanyan deyib.

Yerevanın Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan, arxiyepiskopun kampaniyasına siyasi təcrübənin azlığı və aydın strategiyanın və ya alternativ baxışın olmamasının əngəl olduğunu bildirib.

“Hələlik nümayişlər hökumət üçün heç bir real çağırış yaratmır. Təhlükəsizlik qüvvələrinin mümkün həddən artıq reaksiyası gərginliyin yeganə təhlükəsidir”- Qiraqosyan açıqlayıb.

Dünən minlərlə insan Yerevanın mərkəzinə toplaşmışdı və yürüş keçirdi.