Arçil Talakvadze - Vaxt keçəcək və hamı əmin olacaq ki, Gürcüstan inkişaf etməyə davam edir, nifrət və siyasi qisasla doymuş kampaniya yanlış və Gürcüstan üçün zərərli olub
Bir az vaxt keçəcək və hamı əmin olacaq, bütün həmvətənlərimiz, Gürcüstanın bütün dostları əmin olacaqlar ki, Gürcüstan inkişaf etməyə davam edir -bu haqda parlamentin vitse-spikeri Arçil Talakvadze plenar iclasda çıxışı zamanı deyib.
Arçil Talakvadze bildirib ki, Gürcüstan sülh və təhlükəsizliyi qoruyub saxlayacaq, iqtisadi artımı davam etdirəcək və bununla hamı əmin olacaq ki, nifrətlə dolu kampaniya tamamilə yersiz və Gürcüstan üçün zərərli olub.
O, müxalifətin heç olmasa bir dəfə həqiqəti və reallığı etiraf etmək istiqamətində buna görə də məsuliyyət götürə bilməyəcəyini deyib.
“Gürcüstan sülh və təhlükəsizliyi müdafiə edəcək, qoruyub saxlayacaq, iqtisadi artımı davam etdirəcək, vətəndaş cəmiyyəti fəaliyyətini davam etdirəcək. Ölkəmizin ictimai rifahına xidmət edən, vətəndaşlara xidmət edən, Gürcüstanın maraqlarına xidmət edən bütün peşəkarlar adi qaydada öz işini görməyə davam edəcək. Bununla hamı əmin olacaq ki, nifrət, qarşıdurma, birbaşa siyasi qisasla doymuş bu kampaniya tamamilə yersiz, yanlış və Gürcüstan üçün zərərli olub, ancaq bu müxalifət buna görə də məsuliyyət götürə bilməyəcək. Bütün bunları qiymətləndirməyə və heç olmasa bir dəfə siyasi mövcudluğu dövründə həqiqəti və reallığı etiraf etməyə başı belə olmayacaq”- deyə Arçil Talakvadze açıqlayıb.