Arçil Talakvadze Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir
Gürcüstan Parlamentinin sədrinin müavini Arçil Talakvadze Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir.
Talakvadze təbrikində Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə Gürcüstanın dəstəyini təsdiqləyir.
“Gürcüstan Parlamentinin Dostluq Qrupu adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanla güclü dostluğumuzu qiymətləndiririk və ölkələrimizin daha yaxşı gələcəyi üçün əməkdaşlığı davam etdirəcəyik. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə Gürcüstanın dəstəyini bir daha təsdiqləyirik” – deyə Arçil Talakvadzenin təbrikində deyilir.