Aqladze küçəsinin sakinləri "Eliava bazarının" şəhərdən kənara çıxardılması tələbi ilə, aksiya keçirdilər
Aqladze küçəsinin sakinləri "Eliava bazarının" şəhərdən kənara çıxardılması tələbi ilə, aksiya keçirdilər

Tbilisidə Aqladze küçəsinin sakinləri “Eliava bazarının” şəhərdən kənara çıxardılması tələbi ilə, aksiya keçirdilər. Vətəndaşlar, bazarın indiki yerində rekreasiya zonasının yaradılmasını tələb edirlər.

Aksiya iştirakçılarının dediyinə görə, bazar ərazisində işləyən və orada mağaza sahibi olanlar, buna mane olurlar.

Aqladze küçəsinin sakinləri, bazarın şəhərdən kənar çıxardılmasını ona görə tələb edirlər ki, bazarın yerində rekreasiya zonasının olması yerli sakinlərin sağlamlığı üçün daha önəmlidir. Onların bəyanatına görə, bazardaki sement, qum və digər inşaat materiallarının saxlanması yerli sakinlərin sağlığına ciddi zərər verir. Bununla yanaşı, Aqladze küçəsində həddindən çox avtomobil dayanır və bu üzdən oradaki hava həmişə kirli olur.